Press "Enter" to skip to content

Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur

Görüş zamanı

Son yeniləmə: 16 May 2023 11:05

BAYRAQDAR MEDİA – Mayın 15-də xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya Parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə uzun illər ərzində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb: “Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib. X.Xələfov post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar və işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib”.

Məlumata əsasən, D.Vidoviç dost Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu və Xorvatiyanın Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib: “Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirib”.

Mission News Theme by Compete Themes.