Press "Enter" to skip to content

May ayının pensiya ödənişi başa çatıb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 16 May 2023 14:38

BAYRAQDAR MEDİADövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.