Press "Enter" to skip to content

Türkiyənin 13-cü Cümhurbaşqanının kimliyi mayın 28-də bəlli olacaq

Recep Tayyip Erdoğan Ankarada çıxış edərkən

Son yeniləmə: 15 May 2023 17:57

Əksər yerli və xarici ekspertlərin qənaətinə görə, ikinci turda Recep Tayyip Erdoğanın parlaq qələbəsi qaçılmazdır

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi mayın 14-də qardaş Türkiyədə cümhurbaşqanı və parlament seçkiləri keçirilib. Bir sıra məqamları, həmçinin, səsverməyə qatılan seçicilərin çoxluğu ilə tarixə düşən seçkilərin nəticələri bəllidir.

Türkiyədə tarixi seçkilərin nəticələri – CANLI

Bu nəticələrə əsasən, yeni parlamentin tərkibi təxmini müəyyən edilib. Dəqiq nəticələr isə Resmi Gazetedə dərc olunduqdan sonra tam bəlli olacaq. .

Türkiyədən dünyaya demokratiya dərsi

Cümhurbaşqanına gəlincə, qardaş ölkənin 13-cü Cümhurbaşqanının kimliyi mayın 28-də keçiriləcək ikinci turda bəlli olacaq. Bu barədə Yüksek Seçim Kurulunun başqanı Ahmet Yener mayın 15-də günün ikinci yarısında keçirdiyi mətbuat konfransında məlumat verib.

Türk seçicisindən Erdoğana və mövcud siyasi elitaya yüksək etimad

O, qeyd edib ki, cümhurbaşqanı seçimlərində Recep Tayyip Erdoğan 49,50, Kemal Kılıçdaroğlu 44,89, Sinan Oğan 5,17, Muharrem İnce isə 0,44 faiz səs toplayıb. Ölkə qanunlarına əsasən, namizədlərdən heç biri səsvermədə iştirak edən seçicilərin 50+1 faiz səsini toplaya bilmədiyi üçün mayın 28-də ikinci tur keçiriləcək. Həmin gün birinci turda ən çox səs almış iki namizəd – Recep Tayyip Erdoğan və Kemal Kılıçdaroğlu mübarizə aparacaq.

Əksər yerli və xarici ekspertlərin qənaətinə görə, ikinci turun qalibi Recep Tayyip Erdoğan olacaq. Xüsusilə də mayın 14-dəki seçkilər nəticəsində yeni formalaşan parlamentdə Cümhur İttifakının çoxluğa malik olması seçicilərin mövcud siyasəti dəstəklədiklərini və bunun davamını istədiklərini ortaya qoyub.

Yəni ortada olan bir danılmaz həqiqət var. Mayın 14-də türk xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi və ekspertlərin böyük əksəriyyətinin fikrincə, seçkilər ikinci turunda Recep Tayyip Erdoğanın parlaq qələbəsi qaçılmazdır.

Mission News Theme by Compete Themes.