Son yeniləmə: 15 May 2023 14:31
BAYRAQDAR MEDİA – Olduğu hər platformada Türkiyəyə düşmən münasibət bəsləyən Avropa Parlamentinin Türkiyə üzrə keçmiş məruzəçisi Kati Piri 7 partiyalı koalisiyanın namizədi Kemal Kılıçdaroğluna dəstək nümayiş etdirib.
Türkgün Gazetesi xəbər verir ki, Türkiyəyə düşmənçiliyini hər fürsətdə açıq şəkildə dilə gətirənlər CHP sədri Kemal Kılıçdaroğlunun yanında olmaqda davam edirlər: “Bu karvana Avropa Parlamentinin Türkiyə üzrə keçmiş məruzəçisi Kati Piri də qoşulub. Twitter hesabında paylaşım edən K.Piri K.Kılıçdaroğluna uğurlar diləyərək, “Türkiyə üçün çox əhəmiyyətli bir gün, uğurlar Kılıçdaroğlu, haydi Türkiyə” yazıb.
HDP-nin keçmiş həmsədri Selahattin Demirtaş və terror cinayətlərinə görə cinayət işi açılmış qaçaq Can Dündarın yaxın dostu kimi tanınan Kati Piri Türkiyədəki proseslərlə bağlı qalmaqallı açıqlamaları ilə tanınır.