Son yeniləmə: 15 May 2023 15:00
Vüqar İskəndərov: Bu seçkilər təkcə Türkiyənin deyil, ümumilkdə dünyaını siyasi tarixinə yazıldı
BAYRAQDAR MEDİA – “Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin qardaşlığı dünyaya nümunədir. Bu baxımdan mayn 14-də qardaş Türkiyədə keçirlən seçkilərdən sonra dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidentinin türkiyəli həmkarını və Cumhur İttifakını ən çox səs toplaması münasibəti ilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin növbəti təzahürüdür”.
Bunu BAYARQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, ümumilikdə bu seçkilər təkcə Türkiyənin deyil, ümumilkdə dünyaını siyasi tarixinə yazıldı: “Bunu sadəcə söz xətrinə demirəm. Məsələ burasındadır ki, bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş cümhurbaşqanı və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi”.
V.İskəndərovun sözlərinə görə, Qərb ölkələrində seçkilərdə seçici qıtlığı qeydə alındığı, səsvermədə ən yaxşı halda 40 faiz seçici iştirak etdiyi halda Türkiyədə 88 faizdən artıq seçicinin səsvermədə iştirak etməsi də bir nümunə oldu: “Dünya bir daha türk seçicisinin demokratik seçkiyə sayğısını və öz gələcəyinə biganə qalmadığını gördü. Digər tərəfdən türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. Dünyadakı bəz qaranlıq güclərin “Türkiyədə demokratiya yoxdur” iddiasını məhz xalq bu seçkilərədə yüksək səviyyədə iştirak etməklə yalanladı”.
Deputat əlavə edib ki, mayın 14-dəki nəticələr həmçinin, türk seçicisinin Erdoğana və mövcud siyasi elitaya yüksək etimadının nümayişi oldu: “Cümhur İttifakı parlamentdə çoxluğa malik oldu. Cümhurbaşqanı seçkinin son nəticələri bəlli olmasa da, mövcud nəticələr də xalqın öz liderinə yüksək etimad göstərdiyini bir daha təsdiqlədi”.