Press "Enter" to skip to content

Təkrar seçkidə iki yüz on minə yaxın seçici səs verəcək

KKTC Cümhuriyyət Məclisi

Son yeniləmə: 15 May 2023 13:29

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi iyunun 25-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində ara seçki keçiriləcək.

Demokratların namizədi Serhan Aktunçdur

Xatırladaq ki, Konstitusiyaya görə, Xalqın Partiyasının millət vəkili Kudret Özersayın millət vəkilliyindən istefası səbəbindən iyun ayında onun seçildiyi dairə üzrə Lefkoşada ara seçki keçirilməlidir.

Bu arada isə KKTC Yüksək Seçki Kurulunun başqanı Narin Ferdi Şefik BRT-də “17. Saat” verilişində seçki ilə bağlı açıqlama verib.

Seçki iyunun 25-də olacaq

O, seçici sayının 209 min 837 olduğunu və bu rəqəmin əvvəlki 25 dekabr seçkisi ilə müqayisədə 1601 nəfər artdığını qeyd edib.

Açıqlamasında 101 və 136-cı maddələrdə düzəlişlər edildiyini bildirən Narin Ferdi Şefik, son seçkilərdə qarışıq səslərin yüzdə 60-dan çoxu etibarsız sayıldığını, qarışıq səslərlə bağlı məsələyə baxılmasının qaçılmaz olduğunu bildirib.

Mission News Theme by Compete Themes.