Press "Enter" to skip to content

Sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

BAYRAQDAR MEDİA – Mayın 15-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən cümhurbaşqanı və parlament seçkilərində cənab Erdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb: “Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub. Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib”.

Mission News Theme by Compete Themes.