Press "Enter" to skip to content

Pensiya ödənişlərinə bir milyard doqquz yüz manata qədər vəsait yönəldilib

Son yeniləmə: 15 May 2023 17:03

BAYRAQDAR MEDİA – 2023-cü ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (234 milyon manat) çox olmaqla 1 milyard 891 milyon manat vəsait yönəldilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 465 manata çatıb: “Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib”.

Qeyd edilib ki, bu ilin yanvar-aprel ayları ərzində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mission News Theme by Compete Themes.