Press "Enter" to skip to content

İşgüzar səfər çərçivəsində növbəti görüşlər

Görüşlərdən xatirə fotosu

Son yeniləmə: 15 May 2023 17:15

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Agentlikdən bildirilib ki, “Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (Güvenlik ve Acil Durumlar Koordinasyon Merkezi – GAMER), Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türkoz və nümayəndə heyəti ilə, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar və nümayəndə heyəti ilə, Türkiyə KAMUSEN (Cəmiyyət İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası) rəhbərinin müavini Talip Geylan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar ilə və digər görüşlər keçirilib”.

Məlumatda daha sonra deyilir: “Görüşlərdə Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Recep Tayyip Erdoğanın şəxsi dostluq münasibətlərinin bu prosesi, bu qardaşlığı daha da uğurlu gələcəyə apardığı qeyd edilib. Azərbaycan və Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan birlik-qardaşlıq münasibətlərinin, vətəndaş cəmiyyəti qurumları arasında da olduğu və bu prosesin davam etdiriləcəyi qeyd edilib”.

Mission News Theme by Compete Themes.