Press "Enter" to skip to content

Firdovsiyyə Əhmədova məktəblilərlə görüşəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 15 May 2023 14:12

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü mayın 16-da Bakı şəhəri 164 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə Əhmədova olacaq: “Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Mission News Theme by Compete Themes.