Press "Enter" to skip to content

“Çəhrayı – Qara” qrup sərgisi olacaq

Son yeniləmə: 15 May 2023 11:52

BAYRAQDAR MEDİA – Mayın 19-da YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni “Çəhrayı – Qara” qrup sərgisinin açılışı olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.

“Çəhrayı – Qara” – güclü Azərbaycan qadını haqqında hekayədir. Sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır”.

Mission News Theme by Compete Themes.