Son yeniləmə: 15 May 2023 11:26
Fikrət Əliyev: Sammit çərçivəsində keçirdiyimiz görüşlər gələcək əməkdaşlığımızın inkişafı üçün müsbət nəticələr verəcək
BAYRAQDAR MEDİA – “Hər bir belə beynəlxalq tədbirdə iştirak yeni əməkdaşlıqların qurulması, əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, Dubayda keçirilən tədbir də bu baxımdan önəmli idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Global Summit of Woman”nın iştirkaçısı, Unity Company Şirkətinin təsisçisi, xeyriyyəçi iş adamı Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, “Global Summit of Woman” dünyada nüfuz qazanmış qabaqcıl biznes forumdur: “Bu beynəlxalq tədbir qlobal qadın sammiti adlandırılsa da, əslində, burada hər il ümumilikdə dünya üçün maraqlı və vacib olan məsələlər müzakirə edilir. Hər il olduğu kimi, bu il də sammitdə görkəmli ictimai xadimlər, mədəniyyət, elm və işgüzar dairələrin tanınmış nümayəndələri, dövlət rəsmiləri iştirak edirdilər”.
Vurğulanıb ki, tədbirdə eyni zamanda dünyanın nəhəng şirkətləri -Mersedes, MasterCard, Spotify, P&G, Sony, Panasonic, Toshiba, Samsung, MCM və.s sponsor və iştirakçı kimi qatılıblar.
Qeyd edək ki, tədbirdə ölkələr nümayındə heyətləri çərçivəsində təmsil olunurlar. Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, həmin şirkətin marketinq direktoru Zərifə Arzumanova və başqaları daxil olub.
F.Əliyev bildirib ki, bu il keçirilən sammitdə qlobal dəyişikliklər, gələcək inkişaf yolları və.s müzakirə edilib: “Adəti üzrə sammitdə müzakirələr iki formatda keçirilir. İlk gün nümayəndə heyətlərinin rəhbərləri mətbuata qapalı bir toplantı keçirirlər. Növbəti gün isə bütün ölkələrdən olan heyət üzvlərinin iştirakı ilə mətbuata açıq geniş iclas olur. Burada çıxışlar və təkliflər dinlənilir”.
Onu da bildirək ki, F.Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib: “Tədbir çərçivəsində Vyetnamın iqtisadiyyat naziri, Taylandın vitse-prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri eləcə də Qazaxıstanın nümayəndə heyətinin sədri ilə görüşlərimiz oldu. Hesab edirəm ki, bu görüşlər bizim gələcək əməkdaşlığımızın inkişafı üçün müsbət nəticələr verəcək. Ümumilikdə isə deyildiyi kimi hər bir başa çatan tədbir özlüyündə gələcəkdə keçiriləcək növbəti tədbirin başlanğıcıdır. Bu baxımdan deyə bilərəm ki, 2024-cü ildə İspaniyada keçiriləcək növbəti sammiti elə bu gündən başlamışıq”.