Son yeniləmə: 15 May 2023 10:11
BAYRAQDAR MEDİA – Mayın 14-də qardaş Türkiyədə keçirilən seçkilərdə xalqın yüksək iştirakı qeydə alınıb. Eyni zamanda seçkilər bir sıra maraqlı məqamlarla yadda qalıb.
Bunlardan biri də Eskişehirdə yaşayan Sevim Kütürcü ilə bağlıdır.
Eskişehir.net xəbər verir ki, o, qeydiyyatda olduğu məktəbə əlil arabası ilə gələrək səs verib. Bununla Sevim Kütürcü 86 illik həyatına daha bir seçimdə iştirak edib.
Qeydiyyat da olduğu Qazi Peşə və Texniki Anadolu Liseyinə gələn Sevim xala ölkədə keçmişdə şahidi olduğu seçkilərə bir yenisini əlavə edib.