Son yeniləmə: 14 May 2023 15:03
BAYRAQDAR MEDİA – Mayın 14-ü qardaş Türkiyə və ümumilikdə türk dünyası üçün tarixi gündür. Çünki bu gün Türkiyədə 13-cü cümhurbaşqanı və 28-ci çağırış parlament seçkiləri keçirilir. Türkiyə vaxtı ilə 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.
Anadolu Ajansının məlumatına görə, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onu da qeyd edək ki, bu il qardaş ölkədə 5 milyona yaxın vətəndaş ilk dəfə səs verəcək.
Bəlli olduğu kimi, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Cümhurbaşqanı Recep Tayyip Erdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncəeseçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Türkiyə mətbuatı xəbər verir ki, seçkilərdə iştirak yüksək səviyyədədir. İlkin ehtimallara görə, səsvermə hüququ olan insanların ən azı 85 faizi bu seçkilərdə öz hüququndan istifadə edəcək.
Ölkə qanunlarına əsasən, Cümhurbaşqanlığı uörunda yarışda qalib gəlmək səslərin 50 faizdən çoxunu toplamaq lazımdır. Əgər namizədlərədn hər hansı biri bu səsəi toplaa bilməsə, o zaman ən çox səs tplayan iki namzidən mayəın 28-də kerçiriləcək ikinsi turda mübarizə aparacaq.