Press "Enter" to skip to content

Hərbi yönümlü QHT-lər arasında əməkdaşlıq genişlənir

Erdoğan Karakuşla görüş zamanı

Son yeniləmə: 13 May 2023 13:08

BAYRAQDAR MEDİA – Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliynin sədri, “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli növbəti görüşlər keçirib.

Belə görüşlərdən biri Ehtiyatda Olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Erdoğan Karakuşla olub.

Bu birlik və qardaşlıq zamanın ağır sınaqlarından çıxıb

E.Həsənlinin BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, Birliyin qərargahında keçirilən görüşdə Türkiyə-Azərbaycan münasibətləri haqqında müzakirələr aparılıb: “E.Karakuş Ulu öndər Heydər Əliyevin qardaşlıq münasibətlərinə verdiyi töhfələrdən söz açdı. Heydər Əliyevin təkcə türk dünyası üçün deyil, İslam ölkələri üçün böyük şəxsiyyət olduğunu qeyd etdi. Ən çətin zamanda Azərbaycan dövlətini, Azərbaycan Ordusunu qurduğunu bildirdi. General Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin də önəmini xüsusi olaraq vurğuladı”.

E.Həsənli də öz çıxışında 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycana dəstəyinin əvəzsiz olduğunu bildirib. O, Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrini örnək gətirərək tarix boyu iki qardaş millətin bir-birini dəstəklədiyini yada salıb.

Görüşdə iki qardaş ölkənin hərbi yönümlü QHT-ləri arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafına dair də fikir mübadiləsi aparılıb.

Hamza Dürgenlə görüş
Hamza Dürgenlə görüş

E.Həsənli, həmçinin, Ehtiyatda Olan Gizirlər Birliyində olub, birliyin sədri Hamza Dürgenlə görüşüb. H.Dürgen hərbi yönümlü QHT-lər arasında münasibətləri yüksək qiymətləndirib: “O, ötən ilin noyabr ayında Azərbaycan səfərlərini xatırlatdı. “Zəfər günü”nün 8 noyabra keçirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamını Mustafa Kemal Atatürkə böyük sayğı olduğunu bildirdi. Türkiyədə də Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdən bəhs etdi. Heydər Əliyevin Türkiyə parlamentində Atatürkü örnək aldığını bəyan etməsini fəxrlə yada saldı. Azərbaycanda Atatürkə, Türkiyədə Heydər Əliyevə sayğı qardaşlığın əbədi olmasının nümunəsi kimi qeyd olundu”.

Mission News Theme by Compete Themes.