Press "Enter" to skip to content

Çadır şəhərciyində yaşayan ailələr ziyarət edilib

Ziyarət zamanı

Son yeniləmə: 13 May 2023 12:20

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin nümayəndə heyəti qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində 2023-cü il fevralın 6-da Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və çadır şəhərciyində yaşayan ailələri ziyarət edib.

Bu barədə Agentlikdən məlumata verilib.

Geyim və digər zəruri vasitələrdən ibarət yardım
Geyim və digər zəruri vasitələrdən ibarət yardım

Məlumatda “Kahramanmaraş şəhərində “Südcü İmam Universiteti”nin daxilində hazırlanmış cadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru cənab Alptekin Yasımla görüşüb və cadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat alıb. Daha sonra nümayəndə heyəti 1000-ə yaxın 5-15 yaşlı uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb. Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş şəhərində tikilən “Heydər Əliyev adına məktəb”in inşaatı ilə tanış olublar və daha sonra Kahramanmaraş şəhərində Xocalı faciəsinə həsr olunan parkı ziyarət ediblər” deyə qeyd edilib.

Mission News Theme by Compete Themes.