Son yeniləmə: 12 May 2023 09:11
BAYRAQDAR MEDİA – Çin hökuməti bir tərəfdən soyqırım törətdiyi uyğur türklərini düşərgələrdə qeyri-insani rəftarlara məruz qoyur, digər tərəfdən də onları məşhur markaların Doğu Türküstanda tikdirdiyi fabriklərdə ucuz işçi qüvvəsi kimi işləməyə məcbur edir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, xaricdə yaşayan uyğur türkləri buna etiraz olaraq Berlində aksiya keçiriblər. Doğu Türküstanda uyğur türklərinin əməyini istismar edən məşhur markalardan biri olan “Volkswagen”ə qarşı uyğur türkü və alman hüquq müdafiəçiləri şirkət binası qarşısında etiraz aksiyası keçirib.
Məşhur brendin illik ümumi yığıncağı öncəsi bir araya gələn fəallar əllərində Çin rəhbərinin bannerləri və kuklasını tutaraq Volkswagen şirkətinin baş direktoru Tomas Şaferin maskasını taxıblar.