Son yeniləmə: 11 May 2023 19:43
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlər sırasında müəllifi Con Mallins olan “Yeni biznes yolu testi” kitabı da var.
Kitab sahibkarların və investorların startapa başlamazdan əvvəl nə etməli olduğunu öyrədir. Nəşr “Əlimizdəki imkan: işləyək, yoxsa yox?”, “Balıq tora düşəcəkmi?”, “Sahibkarlıq və ya investisiya xəyalınızı idarə edən nədir?”, “İnvestorlar kimə lazımdır?” və s. kimi suallara cavab verir.
Bildirək ki, kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi, həmçinin bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara hədiyyəsidir.
Qeyd edək ki, layihənin meneceri Ülkər Hüseynova, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, tərcüməçi Anar İbrahimov, ixtisas redaktoru Nərmin İbrahimova, nəşriyyat redaktoru Famil Cəfərli, texniki redaktor Vüsalə Babayeva, buraxılışa məsul şəxs Rəşad İsmixanov, korrektor Flora Əliyeva, dizayner Mahir Allahverdiyevdir.