Press "Enter" to skip to content

HÖH Bolqarıstana qadın baş nazirin uğur gətirəcəyinə inanır

Görüş zamanı

Son yeniləmə: 12 May 2023 11:05

BAYRAQDAR MEDİABolqarıstanda Baş nazir postuna GERB-SDS blokundan Mariya Qabrielin namizədliyi irəli sürülüb. Artıq o, parlamentdə təmsil olunan partiyalarla görüşlər keçirir.

Belə görüşlərdən biri Bolqarıstanın üzvlərinin əksəriyyəti türk və müsəlmanlardan ibarət olan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyası ilə olub.

Radio Bolqarıstanın məlumatına görə, Mariya Qabriel görüşdə “Son 14 il ərzində biz Bolqarıstanın Avro-Atlantik baxışını birgə müdafiə edərək, sizinlə birgə xeyli sayda işlər görmüşük. Mən bu gün sizin qarşınızda bütün seçicilər qarşısında öz məsuliyyətimlə dayanıram. Hesab edirəm ki, bu gün əsas söz dialoqdur” deyib.

Görüşdə çıxış edən HÖH təmsilçisi Yordan Tsonev Bolqarıstana qadın baş nazirin uğur gətirəcəyinə inandıqlaırnı bildirib: “HÖH olaraq bizim bir prinsipimiz var, vacib və məsuliyyətli iş görüləndə HÖH-də qadınlarla məsləhətləşirik”.

Yordan Tsonev daha sonra “Ümid və arzu edirik ki, siz hökumətin formalaşdırılması mandatınızı uğurla başa vuracaq, Bolqarıstan vətəndaşlarının gözlədiyi işi başa çatdıracaqsınız” deyə əlavə edib.

Mission News Theme by Compete Themes.