Press "Enter" to skip to content

Emin Həsənli: Bu müraciətin Şuşadan edilməsinin rəmzi mənası var

Emin Həsənli

Son yeniləmə: 12 May 2023 12:22

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və xaricdə böyük coşqu ilə qeyd edilir. Bu münasibətlə, mayın 10-da Prezident İlham Əliyevin Azərbaycan xalqına məhz Şuşadan müraciət etməsinin isə rəmzi mənası var”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, dövlət başçısının Şuşadakı bu müraciətinin tarixi əhəmiyyəti var: “Əvvəla ona görə ki, dövlət başçısının qarşısında dayanaraq müraciət etdiyi o binanın qarşısından 8 noyabr 2020-ci ildə Azərbaycan hərbçiləri cənab Prezidentə raport veriblər, Azərbaycanın üçrəngli bayrağını qaldırıblar. İndi isə İlham Əliyev o binanın qarşısından Azərbaycan xalqına müraciət edərək tarixi əhəmiyyət kəsb edən məqamlara toxundu”.

E.Həsənlinin sözlərinə görə, bunun digər əhəmiyyəti isə ondan ibarətdir ki, Ulu Öndər hər zaman Şuşaya, ümumilikdə Qarabağa xüsusi önəm verib: “Ulu Öndər 100 illiyi ilə əlaqədar ötən bir neçə gündə Şuşada bir çox yaşayış məntəqələrinin, küçələrin əsasının qoyulması, bir çox açılışların olması, Qarabağda bir çox rayonlarda kəndlərin əsasının qoyulması Heydər Əliyev ideyalarına ən böyük sədaqətdir”.

E.Həsənli vurğulayıb ki, görülən işlər, həmçinin, dövlət başçısının müraciəti həm də bir daha onu təsdiq edir ki, Azərbaycan xalqı Ulu Öndərin yolu ilə irəli gedir: “İlham Əliyev həmin müraciətində bəyan etdi ki, Azərbaycan xalqı böyük zəfər qazanaraq Heydər Əliyev yolu ilə irəli gedir və Heydər Əliyev yolu alternativsizdir. Bəli, bu danılmaz bir həqiqətdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu istiqamətində çox böyük addımlar atılıb. Xüsusilə Qarabağın işğaldan azad edilməsi, güclü ordu qurulması, iqtisadiyyatımızın güclənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil alması və digər bütün sahələrdə Heydər Əliyev siyasəti zəfər qazanıb. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev qalib sərkərdədir və qalib bir ordunun Ali Baş Komandanıdır, qalib bir xalqın lideridir. Onu da qeyd edim ki, bu günlərdə Heydər Əliyev Fondunun Şuşada, Cıdır düzündə Xarı Bülbül festivalını keçirməsi də çox böyük bir tarixi hadisədir. Bir sözlə, ölkə başçısının bu tədbirlərdə iştirakı və Şuşada belə böyük açılışlar etməsi, qısa müddətdə Qarabağın abadlıq, quruculuq işləri Ulu Öndər ideyalarının bir daha alternativsiz olduğunu göstərir”.

Mission News Theme by Compete Themes.