Son yeniləmə: 12 May 2023 14:29
BAYRADAR MEDİA – “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti “Nəqliyyat və Logistika – 2023” adlı beynəlxalq sərgidə iştirak etmək məqsədilə Münhen şəhərinə səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 12-də ADY-dən məlumat verilib.
Bildirilib ki, ADY sədri Rövşən Rüstəmov “İnterRail”, “DHL”,“Forwardis”, “Hupac”, “HHLA”, “DB Cargo”, “PKP Cargo” və s. beynəlxalq yükdaşımaları şirkətlərinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Orta Dəhliz ilə konteyner yüklərinin Çindən Avropaya sürətlə daşınması, tranzit vaxtının optimallaşdırılması, yük həcmlərinin artırılması və yeni yüklərin cəlb olunması məsələlərini geniş müzakirə edib: “Yüklərin ötürücülüyünü artırmaq məqsədilə Orta Dəhlizin iştirakçısı olan bütün dəmir yolları qurumları ilə ortaq məlumat mübadiləsinin yaradılması, daşınan yüklərin hərəkətinin Əməliyyat mərkəzi iləəlaqələndirilməsi,orta müddətə planlaşdırmanın təkmilləşdirilməsi, infrastrukturda həyata keçirilən layihələr, o cümlədən marşrut üzrə ‘‘darboğazların’’ aradan qaldırılmasıvə hərəkət tərkibinin hazırlığı ilə bağlışirkət rəhbərlərinə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2022-ci il ilin I rübü ilə müqayisədə 2023-cü ilin ilk 3 ayında Çindən və Orta Asiyadankonteyner yüklərininAzərbaycan dəmir yolları vasitəsilə Avropaya çatdırılması xeyli optimallaşdırılmış, biznes tərəfdaşların sifarişləri məzilbaşına 20 günə çatdırılaraq müştəri məmnunluğu təmin edilmişdir”.
Məluamtda xatırladılır ki, “Nəqliyyat və Logistika – 2023” sərgisində ADY-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Konteyner” MMC birgə stendlə təmsil olunur: “Münhen şəhərində təşkil olunmuş sərgidə 65 ölkəni təmsil edən 2500-ə yaxın şirkət fərdi stendləri ilə nəqliyyat, logistika, yükdaşıma və yüksək texnologiyalar sahəsində göstərdikləri xidmətlər haqqında geniş təqdimatlar keçirirlər. 1978-ci ildən etibarən iki ildən bir keçirilən “Nəqliyyat və Logistika” sərgisi dünyada miqyasına görə ilk beşliyə daxildir. Sərgi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə daşımalara həsr olunanən böyük beynəlxalq platformadır”.