Press "Enter" to skip to content

4 ayda yüz altı mindən çox şəxs

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 12 May 2023 15:45

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, onlardan 18 334 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib: “Həmin dövrdə 1624 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilir”.

Qeyd edilib ki, yanvar-aprel aylarında 3295 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 83077 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Mission News Theme by Compete Themes.