Press "Enter" to skip to content

Türkmən universitetinin uğuru

Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universiteti

Son yeniləmə: 11 May 2023 12:22

BAYRAQDAR MEDİATürkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universiteti Nica Hüquq Məktəbinin 2023-cü il üzrə reytinqində dünyanın nüfuzlu ali təhsil müəssisələri siyahısına daxil edilib. Bu universitet beynəlxalq arbitraj sahəsində 155-ci, beynəlxalq humanitar hüquq sahəsində isə 26-cı yerdə qərarlaşıb.

Türkmənistanln salamnews.tm saytı xəbər verir ki, ümumilikdə universitet dünyanın hüquq sahəsində təhsil verən ən yaxşı ali təhsil müəssisələri siyahısında 177-ci sıradadır: “Qeyd edək ki, reytinq hər il universitet tələbələrinin beynəlxalq müsabiqə və olimpiadalarda çıxışlarının nəticələrinə əsasən yenilənir. Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universiteti bu siyahıya daxil edilən ilk Türkmənistan ali təhsil müəssisəsidir”.

Mission News Theme by Compete Themes.