Press "Enter" to skip to content

Məktəbin İnkişaf Planı hazırlanır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 11 May 2023 16:02

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının hazırlanmasına dair görüşlər davam edir.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, növbəti görüşlər paytaxtdakı 239, 71, 148 və 165 nömrəli tam orta məktəblərdə keçirilib: “Görüşlərdə Təlimə Dəstək Mərkəzinin (TDM) metodistləri iştirak ediblər. Görüşlərin keçirilməsində məqsəd ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməkdən ibarətdir”.

Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib. Görüşlər zamanı Məktəbin İnkişaf Planının sxemi və strukturuna dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.