BAYARQDAR MEDİA – Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə BAYARQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi: Ermənistan tərəfi təxribatlarının miqyasını genişləndirməyə cəhd edir
Xatırladaq ki, Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Mayın 11-i səhər saatlarından etibarən isə Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.