BAYRAQDAR MEDİA – Ankara Hacı Bayram Veli Universiteti Mustafa Əbdülcəmil Krımoğluna fəxri doktorluq diplomu təqdim edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Universitetdən verilən açıqlamada, M.Krımoğluna fəxri doktor adının təqdim edilməsi üçün 11 may 2023-cü il tarixində Ankara Hacı Bayram Universitetinin 100-cü İl Mədəniyyət Mərkəzində mərasimin keçiriləcəyi bildirilib.
O da xatırladılıb ki, 2014-cü ildə işğalçı Rusiya rəhbərliyi M. Krımoğlunun 2019-cu ilə qədər Rusiyaya girişinə qadağa qoyub. Daha sonra Kremlin nəzarətində olan Rusiyanın işğalı altında olan Krımın Akmescitin Kiyevski rayon məhkəməsi Mustafa Krımoğlunun barəsində qiyabi həbs qərarı çıxarıb. Krım tatar xalqının lideri Mustafa Krımoğluna qarşı Rusiya Cinayət Məcəlləsinin 3 maddəsi ilə iddia qaldırılıb.