Son yeniləmə: 10 May 2023 10:39
BAYRAQDAR MEDİA – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir. “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı isə bu münasibətlə dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 10-da Mərkəzdən məlumat verilib.
Bildirilib ki, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.
Yürüşün qısa video çarxı ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.