Son yeniləmə: 7 May 2023 17:39
Karlin MƏHPİROV – Türk Xalqları Məclisinin üzvü, “Turan Dünyası” Türk Xalqları Mədəniyyəti Fondunun direktoru. Qazaxıstan. Özəl olaraq BAYRAQDAR MEDİA üçün.
BAYRAQDAR MEDİA – Bu gün bütün dünya azərbaycanlıları üçün önəmli bir gündür. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi və anadan olmasının 100 illiyi anılır.
Müasir Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyev şəxsiyyəti artıq bir neçə onillikdir ki, yüksək maraq kəsb etməkdədir. Özü də həm milli, həm də beynəlxalq səviyyədə təhlilçilər və elm adamları üçün.
Bu böyük məsələ haqqında danışarkən qeyd etmək istərdik ki, Heydər Əliyev şəxsiyyətinin bütün miqyasını və dərinliyini qiymətləndirmək yalnız müxtəlif faktorların birgə işığı fonunda mümkündür. Bu faktorlar onun Azərbaycanın mənafeyi üçün yaradıcı fəaliyyətində özünü göstərərək bir dövlət rəhbəri kimi formalaşmasına, eyni zamanda insani keyfiyyətlərinin təhlilinə təsir edib.
XX əsrin sonunda keçmişin ən böyük dövlətlərindən olan Sovet İttifaqının çökməsi bir kataklizm oldu. Bu kataklizm ardınca uzun sürən nəticələr də gətirdi. Azərbaycan da o dövrdə digər sovet respublikaları kimi müstəqillik qazanmaq üçün nadir bir şans əldə etdi.
O uzaq 90-cı illərdə vəziyyətin daha yaxşı olacağına ümidlər yaradan yeni yellərin gətirdiyi sevinc yerini gələcəklə bağlı gözləntilərdə qeyri-əminlik və pessimizmə verməyə başladı.
Tarixdən də bəlli olduğu kimi, cəmiyyətin inkişafının müxtəlif mərhələlərində bir dövlət lideri obrazına dərin zərurət yaradır.
Azərbaycana belə bir lider hava kimi lazım idi. Elə bir lider ki, o dramatik hadisələr axınında zamanın çağırışlarını incəliyinə qədər hiss edə bilsin. Ölkə içində və dışında baş verən ictimai-siyasi proseslərin xarakterini düzgün qiymətləndirməyi bacarsın.
Azərbaycan dövlətçiliyinin dirçəldilməsi, suverenliyi konkret məzmunla tamamlamaq, köklü şəkildə dəyişən geosiyasi şərtlərdə ölkənin layiqli yerini müəyyən etmək – bütün bu və digər mürəkkəb vəzifələr iri miqyaslı strateji düşüncə, müdriklik və tarazlıq, eyni zamanda qətiyyət və məqsədlərə nail olmağı tələb edirdi.
Məhz Heydər Əliyev həmin Lider oldu. O, 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi sonucunda Azərbaycan Respublikasının Prezidenti seçildi, ölkə və onun xalqı qarşısında məsuliyyət yükünü üzərinə götürdü. Beləliklə də o, milli ruhun oyanması və yeni ölkənin dirçəldilməsi missiyasını yerinə yetirdi.
Qeyri-müəyyən gələcək, iqtisadi xaos, sosial namünasiblikdən doğan bütün şübhələri alt-üst edərək o, Azərbaycanı dinc, sivil, mütərəqqi inkişaf yoluna döndərdi.
Bütün bu baş verənləri yalnız yüksək strateji vəzifələrə və imkanların mümkün həddinə, eyni zamanda keçid dövrünün təhdidlərinə sinə gərməyi bacaran Heydər Əliyev kimi xadimlər bacara bilir.
O, dünyada baş verən məqsədli qarmaqarışıq proseslər fonunda Azərbaycanın dinc və güvənli inkişafı üçün bütün mümkün şərtləri təmin etdi, ölkənin beynəlxalq avtoritetini yüksəyə qaldırdı. Bununla da müasir dövrün istedadlı liderlərindən biri kimi şöhrət qazandı Heydər Əliyev.
Onun dövlətə rəhbərlik etdiyi dövr yorulmaz əmək, bütün resurs və gücün səfərbər edilməsi, fasiləsiz axtarışlar və qazanımlar, əhəmiyyətli açılış və sıçrayışlar dövrü oldu. O dövr gerçək bir yaradılış mərhələsi oldu. Bu mərhələ hazırda haqlı olaraq bütün azərbaycanlıların fəxr etdiyi nəhəng uğurlar və qazanımlar bəxş etdi.
Dərin zəka, böyük əməksevərlik və məqsədyönlülüklə həmahəng əyilməz iradə, cəsarət və qətiyyət sahibi olan Heydər Əliyev öz ölkəsini sınanılmış yolla apardı və onun on illər sonrası üçün davamlı inkişafının təməlini atdı.
Heydər Əliyev özünün geniş miqyaslı görüşü ilə fərqlənirdi. Bu görüş köhnəlmiş şablon və stereotiplərdən azad idi; əminlik, düşünməyə yönəlik və yeniliklərə uyğun hərəkata söykənirdi. Bu görüş sərtləşmiş doqma və qaydaların çərçivəsini aşırdı. O, həmişə öz həmfikirləri və xalqının etibarına arxalanırdı.
Heydər Əliyevin xidməti Azərbaycanda ölkəiçi siyasi sabitliyə nail olmasıdır. O, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını qoydu.
İstehsalın bərpası, maliyyə durumunun yaxşılaşdırılması, yatırımların cəlb edilməsi, hərbi qüvvələrin islahatı üçün antiböhran proqramı işlənib hazırlandı.
Qeyd etmək lazımdır ki, Azərbaycan və Qazaxıstan arasında dostluq və iş birliyinin təməlləri məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Öz müdrik atasının bu tarixi estafetini günümüzdə Prezident və Ali Baş Komandan İlham Əliyev layiqincə davam etdirir. Və onun sayəsində Azərbaycan həm də beynəlxalq səhnədə möhtəşəm uğurlar qazanıb, 2-ci Qarabağ Savaşında qələbə çalıb, işğal atlındakı torpaqlarını azad edib, ölkənin ərazi bütövlüyünü təmin edib.
Bizim qəlbimiz, bizim düşüncələrimiz heç şübhəsiz Azərbaycanla birdir. Çağdaş beynəlxalq tarixin bu mühüm hadisəsi – Heydər Əliyevin 100 illiyi Qazaxıstanda da eyni coşquyla qeyd ediləcək.