Son yeniləmə: 10 May 2023 15:12
BAYRAQDAR MEDİA – “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, eyni zamanda türk dünyası, həmçinin, Türkiyə-Azərbaycan qardaşlığı üçün misilsiz xidmətlər göstərib”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiye Muharip Gaziler Derneğinin başqanı Beyazıt Yumuk deyib.
O, qeyd edib ki, məhz buna görə də Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlər Azərbaycanla yanaşı, digər türk dövlətlərində də böyük coşqu ilə qeyd edilir: “Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamışdır. Bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır. Təsadüfi deyildir ki, məhz bu fəaliyyət, dahi şəxsiyyətin sözügedən istiqamətdə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirmişdir”.
B.Yumuk Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ilk tədbirin bu ilin yanvarında Ceyhanda, özü də məhz Azərbaycan və Türkiyə qazilərinin iştirakı ilə keçirildiyini xatırladıb. Qeyd olunub ki, bu məqam hər iki xalqın Ulu Öndər Heydər Əliyevə böyük dəyər verdiyinin növbəti bariz nümunəsidir.