Son yeniləmə: 10 May 2023 15:19
BAYRAQDAR MEDİA – “Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 10-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-dən verilən məlumatda deyilir.
Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.
Məlumata əsasən, “+ 82Şərq” su anbarı ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib: “Suya qənaət edilməsi məqsədilə ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılıb. Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir”.