Press "Enter" to skip to content

Sayit Yusufdan önəmli açıqlamalar

Sayit Yusuf

Son yeniləmə: 8 May 2023 11:24

YTB beş minə yaxın türkmən gəncin Türkiyədə təhsil almasına dəstək olur

BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədr müavini Sayit Yusuf Türkmənistanın SalamNews.tm saytına müsahibə verib.

Məlumata əsasən, müsahibə zamanı o, Türkmənistan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində görülən səmərəli işlərdən danışıb.

S.Yusuf müsahibə zamanı YTB-nin beş minə yaxın türkmən oğlan və qızının Türkiyədə təhsil almasına dəstək olduğunu vurğulayıb.

Qeyd edib ki, 2023-2024-cü tədris ilində imtahanlardan uğurla keçən 60 türkmən gənci Türkiyənin nüfuzlu universitetlərində təhsil almağa göndəriləcək.

Bundan əlavə, o, YTB-nin həmin türkmən tələbələrin təhsil, yaşayış, sığorta və ilk gediş-gəliş xərclərini öz üzərinə götürdüyünü vurğulayıb.

Mission News Theme by Compete Themes.