Press "Enter" to skip to content

Sadır Caparov və Canni İnfantinonun komandaları arasında yoldaşlıq oyunu

Oyun zamanı

Son yeniləmə: 8 May 2023 12:36

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov və FİFA prezidenti Canni İnfantinonun kapitanlıq etdiyi futbol komandaları arasında Bişkekdə yoldaşlıq oyunu keçirib. Bu barədə dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev sosial şəbəkədəki səhifəsində məlumat verib.

Veçerniy Bişkek xəbər verir ki, Canni İnfantinonun komandasında təşkilatın struktur və regional bölmələrinin rəhbərləri, o cümlədən Fransa yığmasının tərkibində 1998-ci il dünya çempionu və 2000-ci ilin Avropa çempionu olmuş Yuri Corkaeff də çıxış ediblər.

Sadır Caparovun komandasında Nazirlər Kabinetinin üzvləri, dövlət orqanlarının rəhbərləri, Prezident Administrasiyasının əməkdaşları çıxış ediblər.

Gərgin keçən oyun nəticəsində Sadır Caparovun komandası yoldaşlıq görüşündə qalib gəlib.

Oyunun sonunda Canni İnfantino Sadır Japarova hədiyyə olaraq fərdi FİFA futbol formasını təqdim edib.

Mission News Theme by Compete Themes.