BAYRAQDAR MEDİA – Mayın 9-da Rusiya paytaxtı Moskvada Prezident Vladimir Putin növbəti qələbə paradını keçirəcək. Bununla paralel olaraq eyni gündə rus zülmündən əziyyət çəkən xalqlar bu imperiyanı birdəfəlik çökdürmək üçün yeni qurumda birləşəcək.
Sürgündəki Tatarıstan Hökumətinin yaydığı xəbərə görə, mayın 9-da Köklü Xalqların “ALYANS”ı adlı təşkilat qurulacaq və Rusiyaya qarşı mübarizəni yeni mərhələyə keçirəcək.
“ALYANS”ın əsas məqsədi Rusiyanın bir dövlət kimi ləğvinə nail olmaq, onun yerində köklü xalqların müstəqil dövlətlərinin qurulmasını təmin etmək olacaq.
Yeni “ALYANS”ın tərkibində koordinasiya şurası, icra və məhkəmə qurumları, həmçinin müvafiq ərazilərdə – yeni dövlətlərdə silahlara nəzarət və ictimai asayişi qorumaqla görəvli komitələr fəaliyyət göstərəcək. Eyni zamanda münaqişələrin önlənməsi üçün gərəkli qurum təşkil ediləcək.
O da bildirilir ki, yeni “ALYANS”ın qurucuları arasında Ümumdünya Çeçen Konqresi, Qafqaz Birliyi, Kareliya Milli Hərəkatı, Çüvaş-Volqa-Bulqar Diplomatik Şurası, Sürgündəki Tatarıstan Hökuməti, Birləşmiş Çərkəz Şurası, Noqay Xalqının Ali Şurası, Dağıstan Milli Mərkəzi, “Güclü Azərbaycan” İctimai Birliyi və s. qurumlar var.