BAYRAQDAR MEDİA – Dünyanın diqqəti qardaş Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkisinə kəsilmişkən qardaş Özbəkistan da prezident seçkisi keçirmək qərarı verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 8-də Özbəkistan Prezidentinin Mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ölkə başçısı Şavkat Mirziyoyev 9 iyul 2023-cü ildə Özbəkistanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.