Press "Enter" to skip to content

Ortaq bir xəbər portalı qurula bilər

Mete Tümerkan

Son yeniləmə: 8 May 2023 11:07

Mete Tümerkan: Azərbaycanın və KKTC-nin media sahəsində fəaliyyət göstərən QHT-ləri bir araya gəlməlidirlər

BAYRAQDAR MEDİA – “Bizim könlümüz hər zaman Azərbaycanla, sizlərlədir. Zatən biz Azərbaycanı özümüzdən heç zaman ayırmırıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Haber Kıbrıs Dijital Grup Yönetim Kurulu Başkan Mete Tümerkan deyib.

O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində KKTC-nin, Kıbrıs türklərinin qəlbi Azərbaycanla birgə döyünüb: “Əminik ki, azərbaycanlı qardaşlarımız da eyni hissi KKTC üçün keçirirlər. Biz qardaş ölkələrik. Bundan sonra da hər zaman bir-birimizi dəstəkləməliyik”.

Azərbaycanın və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin media təmsilçiləri arasında əlaqələrə gəlincə M.Tümerkan maraqlı təkliflə çıxış edib: “Hesab edirəm ki, Azərbaycanın və KKTC-nin media sahəsində fəaliyyət göstərən QHT-ləri bir araya gəlməlidirlər. Onlar iki qardaş ölkənin media təmsilçiləri arasında əməkdaşlıq üçün bir körpü rolunu oynaya bilərlər. Eyni zamanda ortaq bir xəbər portalı , həmin portalda qarşlıqlı xəbərlər, reportajlar, köşə yazıları yerləşdirilə bilər”.

Mission News Theme by Compete Themes.