BAYRAQDAR MEDİA – Mayın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ən sevilən baletlərindən biri olan, görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan nümayişdə əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər”.
Qeyd edək ki, saat 19:00-da başlayacaq olan balet tamaşanın dirijoru Orxan Həşimov, ballet trupasının bədii rəhbəri isə Kamilla Hüseynovadır.