BAYRAQDAR MEDİA – Mayın 8-də xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.