Press "Enter" to skip to content

Bu sənəd humanizm prinsipinin göstəricisidir

Elman Cəfərli

Elman Cəfərli: Bu sərəncam cəmiyyətə milli birliyin möhkəmlənməsinə töhfə verəcək, dövlətin ədalətli üzünə inamı gücləndirəcək

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam cəmiyyət rəğbətlə qarşılanıb. Müstəqillik tariximizin ən böyük əfv sərəncamı olan bu sənəd humanizm prinsipinin göstəricisidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Qeyd edilib ki, sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Əfv edilənlərdən 25 nəfəri qadındır. Bağışlananlar arasında əcnəbilər, tanınmış jurnalist və siyasətçi, 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilənlər var.

E.Cəfərli həmçinin, “müasir Azərbaycan dövlətinin qurucusu, ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramdan doğan bu sərəncam onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sədaqətdən irəli gəlir.

Dövlət başçısı humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirirərək məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, ombudsamnın, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq bu sərəncamı imzalayıb” deyə əlavə edib.

Onun sözlərinə görə, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır: “Müqayisə üçün qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi.

“Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Heç bir günahkar cəzasız qalmamalıdır. Ancaq törətdiyi cinayətin böyüklüyü bə ya kiçikliyindən asılı olmayaraq dövlət hər zaman öz humanist üzünü göstərməlidir. İnsan cinayətkar doğulmur, bəzən həyat şərtləri insanı yanlış yola sövq edir. Dövlət cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq humanist addım atır, onları cəzalarını çəkilməmiş hissəsindən azad edir. Hesab edirəm ki, bu sərəncam cəmiyyətə milli birliyin möhkəmlənməsinə töhfə verəcək, dövlətin ədalətli üzünə inamı gücləndirəcək”.

Mission News Theme by Compete Themes.