Son yeniləmə: 8 May 2023 15:37
BAYRAQDAR MEDİA – Bişkek meriyası vətəndaşları Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü şərəfinə keçirilən bayram tədbirləri zamanı dronlardan istifadə etməməyə çağırıb.
“Baş Daxili İşlər İdarəsinin İctimai Təhlükəsizlik Xidməti tədbirlər zamanı “Ölməz alay”ın üzvlərinə texnikanın düşməsi kimi kritik halların və ya Qələbə Günü münasibətilə bu kimi hadisələrin qarşısını almaq üçün pilotsuz uçuş aparatlarından istifadə etməməyi tövsiyə edir” deyə açıqlamada bildirilir.
Bu barədə bulak.kg saytı məlumat yayıb.
Meriya onu da xatırladıb ki, pilotsuz uçuş aparatlarından istifadə qaydalarına əsasən, insanların kütləvi toplaşdığı yerlər, şəxsi mülklər üzərində, idman və digər iri tədbirlər zamanı uçmaq qadağandır.