BAYRAQDAR MEDİA – Misirdən olan sərmayəçilərin Azərbaycana cəlb edilməsi üçün böyük imkanlar yaranıb. Bunu Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təmsilçiləri ilə keçirilən görüşdə bildirib. Səfir 2 ölkə arasında tikinti sektorunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Xəbər BAYRAQDAR MEDİA-ya mayın 7-də ATMİA-dan daxil olub.
Qeyd edilir ki, səfir ATMİA-ya fəxri üzv seçilib.
“ATMİA-nın icraçı direktoru Şahanə Sarı ticarət missiyalarının təşkili, inşaat sahəsində innovasiyaların dünyaya tanıdılması baxımından qurumun yetərincə resursa malik olduğunu diqqətə çatdırıb. Misir səfiri ATMİA-nın fəxri üzvü seçildiyinə görə məmnunluğunu ifadə edib”, – deyə xəbərdə bildirilir.