BAYRAQDAR MEDİA – Güney Azərbaycanın tarixi Maku şəhərindəki (Batı Azərbaycan vilayəti) silahlı hücumdan sonra Urmiya-Üşnəviyyə arasında yerləşən Dostək kəndi yaxınlığında yerləşən meşə qoruğundakı gəzinti yerində azərbaycanlı ailələr kürdlərin hücumuna məruz qalıb.
Bu haqda xəbəri və görüntüləri BAYRAQDAR MEDİA-ya mayın 6-da Güney Azərbaycandakı mənbələrdən göndəriblər.
Görüntülərdən də aydın olur ki, hücumçu kürdlər türk ailələrinin sözügedən əraziyə gəlməsindən və orada dincəlməyindən rahatsızdırlar. Onlar açıq şəkildə qəzəb püskürür və türklərə hücum edirlər.
Qeyd edək ki, Batı Azərbaycan vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikası və İraq ilə həmsərhəddir. Strateji əhəmiyyəti yüksək olan bu bölgə Türkiyə ilə 480 KM quru sərhədə malikdir. Türk dünyasının körpüsü hesab edilən və Türkiyəni böyük türk coğrafiyasına bağlayan Urmiya mərkəzli Batı Azərbaycan bir qayda olaraq qondarma Kürdüstan və Ermənistan xəritələrində göstərilir. Bu səbəbdən tarix boyu buradakı türk əhali kürdlərin və ermənilərin hədəfində olur.