Press "Enter" to skip to content

471 min nəfərdən çox şəxs əlilliyə görə sosial ödəniş alır

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 5 May 2023 12:38

BAYRAQDAR MEDİA – Bu gün Azərbaycanda 471 min nəfərdən çox əlilliyə görə sosial ödəniş alır. Onlardan 261,5 min nəfərdən çoxu pensiya, 209,5 nəfərdən çoxu müavinət alanlardır.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 5-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, əlilliyə görə Prezident təqaüdü alanların sayı isə 75,7 min nəfərdən çoxdur: “Əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə 150 manat müavinət, müharibə və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat, ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200, ümumi səbəblərdən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300, 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Prezident təqaüdü ödənilir”.

Mission News Theme by Compete Themes.