Press "Enter" to skip to content

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş

“Yüksəliş” müsabiqəsinin qalibləri

Son yeniləmə: 4 May 2023 13:51

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz İsmayılova və Fərrux Məhərrəmli ilə növbəti görüşü olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 4-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, Ülvi Mehdiyev qaliblərlə Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, yeni texnoloji trendlərin dövlət xidmətlərinə tətbiqi və peşəkar komanda quruculuğu istiqamətində fikirlərini bölüşüb: “Həmçinin qaliblərin Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələrdə iştiraklarına dair fikir mübadiləsi aparılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Nərgiz İsmayılova və Fərrux Məhərrəmlinin mentorudur”.

Mission News Theme by Compete Themes.