BAYRAQDAR MEDİA – Bu gün Türkiyənin Denizli şəhərində maraqlı festival başlayır. Belə ki, Denizli Böyükşəhər Bələdiyyəsi Dənizli Böyükşəhər Bələdiyyəsi və Qarışıq Dizayn Atölyesinin birgə təşkil edilən 7-ci Beynəlxalq Denizli Şüşə Festivalı yerli vaxtla saat 09.30-da qapılarını açacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin ilk və yeganə şüşə festivalı Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək: “Bir çox ilklərə ev sahibliyi edəcək festival, həm həvəskar, həm də peşəkar olaraq şüşə ilə maraqlanan 7-dən 70-ə kimi hər kəsə açıq və pulsuz olacaq”.
Qeyd edilib ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə özəl olaraq keçirilən bu festivalda 4 gün ərzində 12 ölkədən 100 şüşə sənətçi iştirak edəcək. Festival zamanı əsərlərin auksionu da keçiriləcək və satışlardan əldə ediləcək gəlir zəlzələ qurbanlarına bağışlanacaq.
Denizli Böyükşəhər Bələdiyyə başqanı Osman Zolan, bu il 7-ci dəfə keçirdikləri tədbirin Denizlidə ənənəvi mədəniyyət və sənət festivalına çevrildiyini söyləyib.