Son yeniləmə: 4 May 2023 15:03
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü mayın 5-də Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Orucova olacaq: “Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.