Press "Enter" to skip to content

Güney Azərbaycan üçün Berlin mitinqinə bütün türklər dəvətlidir

Azadlıq, ədalət, milli hökumət!

Son yeniləmə: 4 May 2023 15:25

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, fars-molla rejiminin çoxillik zülmü altında inləyən Güney Azərbaycan və bütövlükdə İran türklərinin hüquqlarını müdafiə etmək üçün mayın 20-da Almaniyanın paytaxtı Berlində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə mitinq keçirəcək.

“Azadlıq, ədalət, milli hökumət” bu dəfə Berlində

Mayın 4-də BAYRAQDAR MEDİA-ya mitinqin təşkilatçılarından bununla bağlı yeni Bəyanat mətni daxil olub. Sənədin önəmini nəzərə alaraq onu tam şəkildə dəyərli oxucularımıza təqdim edirik.

20 may Berlin “Azadlıq, ədalət, milli hökumət” mitinqi ilə bağlı 3-cü Bəyanat

Bütün ictimaiyyətimizə məlum olduğu kimi, Avropada yaşayan Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra türklərinin ikinci “Azadlıq, ədalət, milli hökumət” mitinqi 20 may tarixində Almaniyanın başkəndi Berlin şəhərində keçiriləcəkdir.

Millətimiz birinci Brüssel mitinqində böyük nailiyyət əldə etmiş; faşist, irqçi və sömürgəçi İran islam rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açmışdır. Yalnız İrandakı qanlı diktatorluğun millətimizə qarşı hər cür zülm və basqıları davam edərkən, inanırıq ki daha möhtəşəm keçəcək olan Berlin mitinqi ilə millətimizin haqq tələblərini daha yüksək səslə dünyaya çatdırmış olacağıq.

Berlin mitinqinin dəqiq məlumatları aşağıdakı kimidir:

Zaman: 20 may 2023-cü il, Şənbə günü, saat 14:00;
Başlanğıc toplanma yeri: Unter Der Linden – Staatsbibliothek;
Hərəkət istiqaməti və mitinq alanı: Pariser Platez – Brandenburger Tor;
Mitinq 14:45-dən 16:45-ədək Brandenburger Tor önündə davam edəcək.

Bu vəsilə ilə Avropada yaşayan bütün Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra türklərini, Quzey Azərbaycanlı və Türkiyəli bacı qardaşlarımızı, eləcə də İran rejiminin zülmünə məruz qalan bütün millətlərin fərdlərini bu mitinqdə iştirak etməyə dəvət edirik.

20 may Berlin “Azadlıq, ədalət, milli hökumət” mitinqi Koordinasiya Mərkəzi

Mission News Theme by Compete Themes.