Press "Enter" to skip to content

“Təbabətin aktual problemləri – 2023”. Beynəlxalq konqres

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə ATU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” mövzusunda beynəlxalq elmi-praktik konqresi işə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 3-də SN-dən daxil olub.

Xəbərdə deyilir ki, “konqresdə açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkədə səhiyyənin inkişafı və yüksək ixtisaslı tibbi mütəxəssislərin hazırlanmasında Ulu Öndərin rolundan danışıb. O, Ümummilli liderin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kursun bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Həmçinin nazir səhiyyə sahəsində aparılan mühüm işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu olduğunu vurğulayıb”.

Sonra xəbərdə, “ATU-nun rektoru Gəray Gəraybəyli çıxış edərək ümummilli liderin 100 illik yubileyinin Azərbaycanın hər yerində və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu bildirib. Rektor ulu öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün şərait yaradılmasına xüsusi diqqət yetirdiyini deyib” deyə qeyd olunur.

Konqresdə həmçinin Türkiyənin İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunun direktoru, Prof. Sezai Yılmaz, Beynəlxalq Tibb Təhsili Konfransının (İnternational Conference on Medical Education – İCME) prezidenti, Prof. Ajar Raşid, Rusiya Terapevtlərinin Elmi Tibbi Cəmiyyətinin prezidenti, akademik Anatoli Martınov, Stenford Universitetinin Lusile Pakkard Uşaq xəstəxanasının təmsilçisi Dos. Teymur Nəsirov və digərləri çıxış ediblər. Qeyd edilib ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.

Konqresdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Daha sonra konqres işini plenar sessiyalarla davam etdirib.

Mission News Theme by Compete Themes.