Son yeniləmə: 3 May 2023 14:10
BAYRAQDAR MEDİA – Çin hökuməti tərəfindən Meksikaya yeni təyin olunmuş səfir Canq Run aprelin 30-da Meksika parlamentində olub. Bu zaman Meksika Vətəndaş Fəaliyyəti Partiyasının deputatı Salvador Karo Kabrera Çin səfirinə etiraz edib.
Kırım Haber Ajansı xəbər verir ki, millət vəkili Çin səfiri parlamentdə olarkən yüksək səslə “Uyğur türkləri azad edilsin”, “Uyğurlara azadlıq!”, “Əsgərlik düşərgələrinə yox!” deyərək etirazını çatdırıb.
Bununla belə, bəzi millət vəkilləri Tibet bayrağını açıblar. Artan etiraz səsləri qarşısında Çin səfiri parlament binasını tərk etmək məcburiyyətində qalıb.
#Çin Büyükelçisi, #Meksika Parlamentosunda böyle karşılandı!
"Uygurlara özgürlük!"https://t.co/XEOOgs9Bgw pic.twitter.com/1lpOoRxnUc
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) May 2, 2023