Press "Enter" to skip to content

Kitab tanıtma: Cavid hikməti

Cavid hikməti

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında Hüseyn Cavidin Ev Muzeyinin nəşr etdirdiyi, dramaturqun anadan olmasının 140 illiyinə həsr olunmuş “Cavid hikməti” (seçmə aforizmlər) miniatür kitabı da yer alır.

Kitab H.Cavidin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.

Kitabın tərtibçisi H.Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı kitaba yazdığı ön sözdə deyir: “Cavidin aforizmlərinin məna və tematika dairəsi çox geniş, rəngarəngdir. Bəzən elə olur ki, böyük şair çox xəsisliklə verdiyi bir hikmət daxilində müxtəlif problemlərə toxunur, eyni bir mətn daxilində müəllif tendensiyasını, ən mürəkkəb emosiyalarını əks etdirir”.

Nəşrdəki aforizmlərindən bir neçəsində qeyd olunur:

İnanmaqla bəxtiyar olur insan.

Hər bəla bəncə bir səadətdir,
Hər cəfa sanki bir məhəbbətdir.

Yüksələn haqqa yaqlaşır ancaq,
Onu duymaz sürüklənən həşərat.

Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əksilir, nəşə əksildikcə qeydi-həyat artar, qeyd artdıqca binlərcə sıqıntı-üzüntü insanı sarmağa başlar.

Vicdanları parlaq tutan sevgidir.

Qeyd edək ki, nəşrin redaktoru akademik Teymur Kərimli, tərtibçi və ön sözün müəllifi Gülbəniz Babaxanlıdır.

Mission News Theme by Compete Themes.