Son yeniləmə: 3 May 2023 14:52
BAYRAQDAR MEDİA – Mayın 4-də Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 3-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
İclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılmasınəzərdə tutulur.